Dünya

ABŞ, Fransa və Yunanıstan hərbçiləri Ermənistanda müştərək təlimlərə qatılıblar

17 Jun 2026, 18:28 2 baxış
ABŞ, Fransa və Yunanıstan hərbçiləri Ermənistanda müştərək təlimlərə qatılıblar
Ermənistanın "Zar" poliqonunda beynəlxalq sülhməramlı missiyalara hazırlıq məqsədilə "Eagle Partner-2026" adlı hərbi təlimlərə start verilib. Oxu.Az xəbər verir ki, bu barədə Ermənistanın Müdafiə Nazirliyi məlumat yayıb. İyunun 25-dək davam edəcək manevrlərdə Ermənistan (250 nəfər), ABŞ (58 nəfər), Fransa (24 nəfər) və Yunanıstan (11 nəfər) hərbçiləri iştirak edirlər. Təlimlər zamanı sülhməramlı tapşırıqların icrası və hazırlığı üzrə tədbirlər həyata keçiriləcək. Dördtərəfli formatda keçirilən bu manevrlər ilk dəfədir baş tutur. Qeyd edək ki, ABŞ və Ermənistan arasında "Eagle Partner" təlimləri ilk dəfə 2023-cü ilin sentyabrında, sonuncu dəfə isə 2025-ci ilin avqustunda keçirilib. Nazirliyinin açıqlamasına görə, təlimlərin əsas məqsədi beynəlxalq sülhməramlı missiyalara cəlb olunan bölmələrin qarşılıqlı fəaliyyət səviyyəsini artırmaq, idarəetmə və taktiki rabitə üzrə qabaqcıl təcrübə mübadiləsi aparmaq, həmçinin Ermənistan ordusunun sülhməramlı bölməsinin döyüş hazırlığını yüksəltməkdir.
Mənbə oxu.az

Oxşar Xəbərlər