Dünya

G7 ölkələri Rusiyanın neft-qaz sektoruna qarşı sanksiyaları gücləndirəcək

17 Jun 2026, 16:52 1 baxış
G7 ölkələri Rusiyanın neft-qaz sektoruna qarşı sanksiyaları gücləndirəcək
Ukraynadakı vəziyyətlə əlaqədar "Böyük Yeddilik" (G7) ölkələri Rusiyaya, xüsusən də onun neft-qaz sektoruna qarşı sanksiya təzyiqini artıracaq. Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Fransada keçirilən sammit iştirakçılarının geosiyasi məsələlərə dair qəbul etdikləri birgə bəyanatda bildirilir. "Biz Rusiyanın hərbi iqtisadiyyatına təzyiqləri artırmaq öhdəliyini öz üzərimizə götürürük. Bu çərçivədə neft-qaz sektoru da daxil olmaqla, sanksiyaları daha da sərtləşdirəcəyik", - deyə sənəddə qeyd olunur. G7 ölkələri liderlərinin qənaətinə görə, ABŞ və İran arasında Hörmüz boğazının blokadadan çıxarılması barədə əldə olunan razılaşma Rusiyaya sanksiya təzyiqini artırmaq üçün əlverişli şərait yaradır.
Mənbə oxu.az

Oxşar Xəbərlər