Siyasət
Numan Kurtulmuş Azərbaycana səfər edəcək - ÖZƏL
Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Azərbaycana səfər edəcək. Oxu.Az-ın əldə etdiyi məlumata görə, səfər iyunun 23-də baş tutacaq. TBMM sədri səfər çərçivəsində İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Parlament İttifaqı (İƏT Pİ) Konfransının 20-ci sessiyasında iştirak edəcək. Qeyd edək ki, İƏT Pİ Konfransı 22-25 iyun tarixlərində Bakıda keçiriləcək.
Mənbə
oxu.az