Dünya

"Brent" markalı neftin qiyməti 78 dollara düşdü

17 Jun 2026, 10:36 11 baxış
"Brent" markalı neftin qiyməti 78 dollara düşdü
Yaxın Şərqdəki münaqişənin sona çatacağı barədə məlumatların yayılması fonunda neftin ucuzlaşması müşahidə olunur. Oxu.Az xəbər verir ki, bu barədə "İnterfaks" agentliyi məlumat yayıb. Bakı vaxtı ilə saat 09:10-da Londonun ICE birjasında avqust ayına çatdırılma ilə "Brent" markalı neftin füçersləri 0.57 dollar (0.72%) ucuzlaşaraq bir barel üçün 78.39 dollara ticarət olunub. Əvvəlki sessiyada isə "Brent" markalı neftin qiyməti 4.21 dollar (5.1%) azalaraq bir barel üçün 78.86 dollar təşkil etmişdi. Nyu-York Ticarət Birjasında (NYMEX) iyul ayına çatdırılma ilə WTI markalı xam neftin füçerslərinin qiyməti 0.58 dollar (0.76%) azalaraq bir barel üçün 75.47 dollar olub. Əvvəlki sessiyada WTI markalı xam neft 4.70 dollar (5.8%) ucuzlaşaraq bir barel üçün 76.05 dollara satılmışdı.
Mənbə oxu.az

Oxşar Xəbərlər