Digər

Moskvada Putinlə görüşə getməyəcəyəm - Zelenski

16 Jun 2026, 16:59 34 baxış
Moskvada Putinlə görüşə getməyəcəyəm - Zelenski

Mən Moskvada Putinlə görüşə getməyəcəyəm, bu oyunları oynamıram.


Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.


“Biz Türkiyədə, İsveçrədə və ya Yaxın Şərqdə görüşə bilərik, amma o, hələlik müharibəni bitirmək istəmir. Rusiya bilməlidir ki, qış bizim üçün dəhşətli keçib və onlar üçün də asan olmayacaq”, - Zelenski bildirib.


Qeyd edək ki, Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya Prezidenti Vladimir Putinə G7 sammiti çərçivəsində görüş təklif etsə də, Putin təklifi rədd etmişdi. Əvəzində Kremlin mətbuat katibi Dmitri Peskov görüş üçün Moskvanı təklif etmişdi.

Mənbə axar.az

Oxşar Xəbərlər