Digər

Netanyahu məhkəmədə əsəbiləşdi: Cavab verəcəksiniz!

16 Jun 2026, 17:17 40 baxış
Netanyahu məhkəmədə əsəbiləşdi: Cavab verəcəksiniz!

İsrailin Baş naziri Benyamin Netanyahu bu gün “2000-ci iş” üzrə keçirilən məhkəmə prosesində prokuror Yonatan Tadmorla mübahisə edib.


Axar.az xəbər verir ki, bu barədə İsrailin “Kan” televiziyası məlumat yayıb.


Məlumata görə, Netanyahu “Yedioth Ahronoth” qəzetinin naşiri Arnon Mozeslə apardığı danışıqlarla bağlı ifadəsindəki ziddiyyətlərlə üzləşdirildikdən sonra əsəbiləşərək əlini masaya vurub və yüksək səslə “Polis dövləti! Ştazi! Siyasi təqib!” deyə qışqırıb.


Netanyahu həmçinin istintaq orqanlarını casus proqramlarından istifadə etməkdə günahlandıraraq, bunun baş naziri devirmək məqsədi daşıyan kampaniyanın bir hissəsi olduğunu iddia edib.


Məhkəmə iclasına sədrlik edən hakim Rivka Friedman-Feldman onu bir neçə dəfə sakitləşdirməyə çalışsa da, Netanyahu qışqırmağa davam edib:


“Bu biabırçı rəftara görə siz hər gün bu məhkəmə zalında vaxt keçirəcəksiniz”.

Mənbə axar.az

Oxşar Xəbərlər