Siyasət

Şavkat Mirziyoyev Əli Əsədovu qəbul edib - FOTO

16 Jun 2026, 16:29 2 baxış
Şavkat Mirziyoyev Əli Əsədovu qəbul edib - FOTO
Daşkənd şəhərində işgüzar səfərdə olan Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovu iyunun 16-da Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev qəbul edib. Oxu.Az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb. Məlumatda bildirilib ki, Ə.Əsədov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Özbəkistanın dövlət başçısına çatdırıb. Şavkat Mirziyoyev Prezident İlham Əliyevin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Azərbaycanın dövlət başçısına çatdırmağı xahiş edib. Görüşdə Azərbaycan-Özbəkistan münasibətlərinin strateji tərəfdaşlıq və müttəfiqlik əsasında uğurla inkişaf etdiyi məmnunluqla qeyd olunub. Ticarət-iqtisadi, investisiya, nəqliyyat-logistika, enerji, humanitar və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi perspektivləri geniş müzakirə edilib.
{{gallery}}
Şavkat Mirziyoyev Əli Əsədovu qəbul edib - FOTO Şavkat Mirziyoyev Əli Əsədovu qəbul edib - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər