Digər
Merz Trampın ad gününü belə təbrik etdi - Video
Almaniya kansleri Fridrix Merz ABŞ Prezidenti Donald Trampa "Tramp" adı yazılmış Almaniya milli komandasının formasını hədiyyə edib.
Axar.az xəbər verir ki, bu barədə AFP məlumat yayıb.
Məlumata görə, hədiyyə Fransanın Evian şəhərində keçirilən G7 sammiti çərçivəsində Trampın 80 yaşı olması münasibətilə verilib.
Formanın arxasındakı nömrə ilə Trampın ABŞ-ın 47-ci prezidenti olmasına işarə edilib.
Mənbə
axar.az