Digər

İranlı sərhədçilər 17 yaşlı bəlucu güllələdi

16 Jun 2026, 14:20 28 baxış
İranlı sərhədçilər 17 yaşlı bəlucu güllələdi

İran sərhədçiləri Əfqanıstanla sərhəd Zabol bölgəsində 17 yaşlı Seyyid Yusif Haşimi adlı şəxsə atəş açaraq öldürüblər.


Axar.az xəbər verir ki, bu haqda Bəlucistan İnsan Hüquqlarını Sənədləşdirmə Şəbəkəsi məlumat yayıb.


Məlumata görə, güllələnən yeniyetmə əslən Zahidan şəhərindən olsa da, şəxsiyyət vəsiqəsi olmadığı üçün Əfqanıstana deportasiya edilib və o, evlərinə qaçaq yolla qayıtmaq istədiyi vaxt öldürülüb.

Mənbə axar.az

Oxşar Xəbərlər