Siyasət
Əli Əsədov Özbəkistanda işgüzar səfərdədir - FOTO
İyunun 16-da Baş nazir Əli Əsədov V Daşkənd Beynəlxalq İnvestisiya Forumunda iştirak etmək üçün Özbəkistan Respublikasına işgüzar səfərə gedib. Oxu.Az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb. Daşkənd-Humo Beynəlxalq Hava Limanında Ə.Əsədovu Özbəkistan Respublikası baş nazirinin müavini Açilbay Ramatov və digər rəsmi şəxslər qarşılayıblar.
Mənbə
oxu.az