Digər

Erməni müxalifəti parlamentin iclasını boykot etdi - Video

16 Jun 2026, 13:11 22 baxış
Erməni müxalifəti parlamentin iclasını boykot etdi - Video

Ermənistan müxalifəti parlamentin bu gün başlayan son dördgünlük iclasında iştirakdan imtina edib.


Axar.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.


Məlumata görə, iclas yalnız hakim Mülki Müqavilə fraksiyasının deputatlarının iştirakı ilə keçirilib.


Ermənistan Baş naziri Nikol Paşinyan da iclasda iştirak edib.


Parlamentin iclas zalında müxalifət fraksiyası üçün ayrılmış yerlərdə Qarabağdakı keçmiş separatçı rejimin əski parçasının yer alması diqqətdən yayınmayıb.


Qeyd edək ki, iyunun 7-də Ermənistanda parlament seçkiləri keçirilib. Seçkinin nəticələrinə əsasən, hakim Mülki Müqavilə Partiyası səslərin 49,74 faizini toplayıb.

Mənbə axar.az

Oxşar Xəbərlər