Digər
ABŞ-la danışıqları iki mərhələyə bölmüşük - Arakçı
Razılaşmaya nail olmaqda yaranan çətinliklərə, həmçinin ABŞ və İsrail rejiminin İrana qarşı həyata keçirdiyi hücumlara görə danışıqları iki mərhələyə bölmək qərarına gəldik.
Axar.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Arakçı deyib.
“Birinci mərhələdə müharibənin başa çatdırılması, Hörmüz boğazı, İranın dondurulmuş vəsaitlərinin azad edilməsi və yenidənqurma məsələləri müzakirə olundu.
Bundan sonra isə yekun razılaşmaya nail olmaq məqsədilə 60 gün davam edəcək danışıqlar aparılacaq. Həmin danışıqlarda nüvə məsələsi və sanksiyaların ləğvi müzakirə olunacaq”, - o bildirib.
Mənbə
axar.az