Siyasət

Amira El Fadil: "ICESCO və İslam İnkişaf Bankı arasında müqavilə imzalanacaq"

16 Jun 2026, 12:47 10 baxış
Amira El Fadil: "ICESCO və İslam İnkişaf Bankı arasında müqavilə imzalanacaq"
"ICESCO ilə İslam İnkişaf Bankı (İİB) arasında anlaşma memorandumunun imzalanması nəzərdə tutulur". Oxu.Az xəbər verir ki, bunu ICESCO-nun Tərəfdaşlıqlar və beynəlxalq əməkdaşlıq sektorunun rəhbəri Amira El Fadil Bakıda İİB Qrupunun illik toplantısı çərçivəsində keçirilən "İnnovasiya, etibar və qlobal inkişafı irəli aparan halal sənayesinin liderləri" adlı tədbirdə deyib. "Hazırda ICESCO ilə İİB arasında anlaşma memorandumunun imzalanması nəzərdə tutulur. Yaxın zamanda bu sənədin imzalanacağını gözləyirik. Əsas layihələrdən biri halal sənayesində imkanların artırılması və əməkdaşlığın gücləndirilməsidir", - deyə o bildirib.
Mənbə oxu.az

Oxşar Xəbərlər