Seçki rüşvəti: Karapetyanın adamları həbs olundu - Video
Ermənistanın Korrupsiyaya qarşı Mübarizə Komitəsinin əməkdaşları tərəfindən görülən tədbirlər nəticəsində Ararat vilayətinin bir sıra sakinlərinin Güclü Ermənistan Partiyasının Masisdəki ofisinin nümayəndələrindən parlament seçkilərində adı çəkilən partiyaya səs vermək və tərəfdar toplamaq şərti ilə onlara seçki rüşvəti vermələrini tələb etdikləri barədə faktiki məlumatlar əldə edilib.
Axar.az xəbər verir ki, bu barədə Ermənistan Korrupsiyaya qarşı Mübarizə Komitəsi məlumat yayıb.
Məlumata görə, faktla bağlı Korrupsiyaya qarşı Mübarizə Komitəsi tərəfindən cinayət işi başlanıb, bir sıra şəxslər həbs edilib və prosessual tədbirlər görülüb.
Qeyd edək ki, rusiyalı iş adamı və milyarder Samvel Karapetyanın partiyasının təmsilçiləri bundan əvvəl də seçiciləri pulla ələ almağa görə saxlanılmışdılar.