Digər

Pezeşkian Arakçını müdafiə etdi: Mərdliyə sığmır...

16 Jun 2026, 11:39 29 baxış
Pezeşkian Arakçını müdafiə etdi: Mərdliyə sığmır...

Dövlət rəsmilərinin öz vəzifələrini yerinə yetirdiklərinə görə xəyanət və ya vətəni satmaqda ittiham olunmaları qəbuledilməzdir.


Axar.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian ABŞ-la mümkün razılaşma ətrafında yaranan müzakirələrə və hökumət rəsmilərinə qarşı səsləndirilən ittihamlara münasibət bildirərkən deyib.


“Təəssüf doğuran haldır ki, rəsmi vəzifələri çərçivəsində milli maraqları və ölkənin ləyaqətini qorumaq məqsədilə öz borclarını yerinə yetirən şəxslər xəyanət və ya vətəni satmaq kimi damğalarla üzləşirlər. Tənqid cəmiyyətin təbii haqqıdır, lakin qanuna əsaslanan bir missiyanı yerinə yetirən insanların gözdən salınması nə ədalətə, nə də mərdliyə sığır”, - Pezeşkian vurğulayıb.


Qeyd edək ki, bir neçə gün öncə Tehranda Xarici İşlər Nazirliyinin qarşısında etiraz aksiyası baş tutmuşdu. Etirazçılar xarici işlər naziri Abbas Arakçını ABŞ-la sülh sazişinə razılaşmaqda ittiham ediblər.

Mənbə axar.az

Oxşar Xəbərlər