Digər
ABŞ-ın “Patriot”unu Avropanın bu sistemi əvəz edir
Avropa çətin tapılan “Patriot” hava hücumundan müdafiə sisteminə alternativ olaraq SAMP/T NG raketdən müdafiə sisteminin əldə edilməsi imkanlarını müzakirə edir.
Axar.az xəbər verir ki, bu barədə “Blumberq” mənbəyə istinadla məlumat yayıb.
“MBDA Missile Systems Services SAS” və “Thales SA” şirkətlərinin ortaq mülkiyyətində olan “Eurosam” SAMP/T NG tədarükü ilə bağlı Küveyt və Macarıstanla danışıqlar aparır. Eyni zamanda, İsveçrə və Estoniya da daxil olmaqla, təxminən 15 ölkə Avropa sisteminə maraq göstərib”, - mənbə bildirib.
Mənbə
axar.az