Bu, Ukrayna ordusunun uğurlar əldə etməsinə səbəb olacaq
Rusiyanın cənubdakı logistikasının blokadaya alınması Ukrayna Müdafiə Qüvvələrinin cəbhədəki uğurlarına gətirib çıxarmalıdır.
Axar.az xəbər verir ki, bu barədə ukraynalı hərbi ekspert Pavel Narojnı bildirib.
"Biz görürük ki, müxtəlif obyektlərə, o cümlədən neft anbarlarına zərbələr endirilir və bunun coğrafiyası çox genişdir. Nəqliyyat logistikasına da zərbələr vurulur, yük maşınları və yanacaq daşıyan sisternlər məhv edilir. Rostovdan Krıma gedən nəqliyyat arteriyasında yük axınının təxminən 60–70 faizi məhv edilib", – deyə Narojnı qeyd edib.
O həmçinin qeyd edib ki, texnoloji baxımdan Rusiyanın neft emalı infrastrukturuna zərbələr endirmək mürəkkəbdir. Bununla belə, Krımda, Luqansk və Donetsk vilayətlərində, həmçinin Zaporojye vilayətinin cənubunda yanacaq qıtlığı müşahidə olunur.
"Bu isə o deməkdir ki, logistika iflic vəziyyətinə düşüb", – deyə Narojnı vurğulayıb.