Digər
Qərb Zelenskiyə deyir: Susma, danış! - Lukaşenko
Qərb Ukraynanı Belarusa qarşı təxribatçı bəyanatlar verməyə məcbur edir.
Axar.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
"Düşünürəm ki, Qərb ölkələri Zelenskiyə təzyiq göstərirlər: 'Niyə susursan? Biz sənin üçün danışırıq, sən isə susursan' Buna görə də o, bu yöndəmsiz, tamamilə lazımsız açıqlamalar verib", - deyə Lukaşenko "Əl-Ərəbiyyə" televiziyasına verdiyi müsahibədə bildirib.
Qeyd edək ki, Ukrayna Prezidenti Vladimir Zelenski Belarusdan ölkəsinə hücum təhlükəsinin olması barədə dəfələrlə açıqlama verib.
Mənbə
axar.az