Digər

Toydan sonra faciə: yaşlı qadın güllələndi

16 Jun 2026, 00:51 2 baxış
Toydan sonra faciə: yaşlı qadın güllələndi

Türkiyənin Mardin vilayətinin Qızıltəpə ilçəsində toydan sonra atəş açılması nəticəsində yaşlı qadın həyatını itirib.


Axar.az Türkiyə mediasına istinadən xəbər verir ki, Mesopotamiya məhəlləsində bəy və gəlinin evə gəldiyi zaman şadyanalıq məqsədilə havaya bir neçə dəfə atəş açılıb.


Bu zaman güllələrdən biri eyvanda olan 76 yaşlı Hedli.Ç-yə dəyib.


Ağır yaralanan qadın xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Mənbə axar.az

Oxşar Xəbərlər