Siyasət
Paşinyan sülhü qoruyacağını vəd edib - VİDEO
Baku TV-nin "Bizdən nə danışırlar?" verilişinin yeni buraxılışı yayımlanıb. Verilişdə bildirilib ki, Yunanıstan Rusiya qazından asılılığını sürətlə azaltmaqla enerji təhlükəsizliyini gücləndirmək və təchizat mənbələrini diversifikasiya etmək siyasətini davam etdirir.
"Mediafax" xəbər agentliyinin məlumatına əsasən, ölkə 2027-ci ilin sonunadək Rusiya qazından tamamilə imtina etməyi qarşısına məqsəd qoyub. Məqalədə qeyd olunur ki, 2026-cı ilin ilk beş ayında mayeləşdirilmiş təbii qaz Yunanıstanın daxili qaz tələbatının əsas hissəsini qarşılayıb. Bu dövrdə mayeləşdirilmiş təbii qazın payı 64.3 faizə çatdığı halda Rusiya qazının payı əhəmiyyətli dərəcədə azalaraq 24.4 faizə düşüb. "Müharibə olmayacaq, sülh olacaq". "Armenpress" xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan ötən həftə brifinq zamanı deyib. O, təşviqat kampaniyası çərçivəsində rəhbərlik etdiyi Vətəndaş Müqaviləsi Partiyasının konstitusiya çoxluğu qazanmayacağı təqdirdə sentyabrda müharibə olacağı ilə bağlı səsləndirilən iddialara dair sualı cavablandırarkən sülhü qoruyacağını vəd edib.

Mənbə
oxu.az