Digər

İranla sazişi Vens imzalayacaq, mən isə... - Tramp

15 Jun 2026, 23:37 2 baxış
İranla sazişi Vens imzalayacaq, mən isə... - Tramp

ABŞ Prezidenti Donald Tramp vitse-prezident Ceyms Devid Vensin İranla müqavilələri iyunun 19-da Avropada imzalayacağını təsdiqləyib və mərasimdə şəxsən iştirak edəcəyini istisna etməyib.


Axar.az xəbər verir ki, bu sözləri Tramp Evian-le-Ben şəhərində keçirilən G7 sammiti çərçivəsində Fransa Prezidenti Emmanuel Makronla görüşdən sonra jurnalistlərə bildirib.


Trampın sözlərinə görə, əvvəlcə sənədi Vensin özünün imzalaması planlaşdırılırdı:


“Hər şey işlərin necə getməsindən asılıdır. Cey Di orada olacaq. Əvvəlcə onun orada olması planlaşdırılırdı. Bəlkə də iştirak edərəm, bəlkə də etməyəcəyəm”.


O, həmçinin heç bir detal göstərmədən müqavilənin mətninin tezliklə dərc olunacağını açıqlayıb.

Mənbə axar.az

Oxşar Xəbərlər