Digər

Yəmən sahilləri yaxınlığında gəmiyə silahlı hücum

15 Jun 2026, 22:22 1 baxış
Yəmən sahilləri yaxınlığında gəmiyə silahlı hücum

Yəmənin Ədən şəhərindən cənub-şərqdə, 111 dəniz mili məsafədə ticarət gəmisinə RPG tipli qumbaraatanla atəş açılıb.


Axar.az xəbər verir ki, bunu Böyük Britaniyanın Dəniz Ticarəti Əməliyyatları İdarəsi bildirib.


Məlumata görə, dörd silahlı şəxsin olduğu kiçik qayıq gəmiyə yaxınlaşaraq atəş açıb. Hadisə Yəmən sahilləri yaxınlığında digər yük gəmisinin hədəfə alınmasından bir neçə saat sonra baş verib.


Qurum insidentlə bağlı araşdırmalara başlanıldığını, hücumun detalları və cavabdeh tərəflərin müəyyənləşdirilməsi istiqamətində iş aparıldığını vurğulayıb.

Mənbə axar.az

Oxşar Xəbərlər