Kriminal

Ucarda 62 yaşlı kişi küçədə öldü

15 Jun 2026, 21:24 2 baxış
Ucarda 62 yaşlı kişi küçədə öldü
Ucarda kafeyə gedən kişi küçədə ölüb. Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, hadisə şəhərin 20 yanvar küçəsində baş verib. Qəflətən halı pisləşən rayon sakini, 62 yaşlı Qurbanəli Cəfər oğlu Həsənov küçədə ölüb. Onun ürək çatışmazlığından öldüyü ehtimal edilir. Yaxınlarının dediyinə görə, mərhum ürək xəstəliyindən əziyyət çəkirmiş. Meyit aidiyyəti üzrə təhvil verilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər