Kriminal
Ucarda bədbəxt hadisə: Geriyə hərəkət edən avtomobil piyadanı vurdu
Ucar rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, hadisə Müsüslü kəndi ərazisində qeydə alınıb. Göyçay rayonunun Alpout kənd sakini, 54 yaşlı Mirsaab Qasım oğlu Qasımov idarə etdiyi "Mercedes-Vito" markalı avtomobili arxaya sürərkən, Təzə Şilyan kənd sakini, 59 yaşlı piyada Əbülfət Ağəli oğlu Məmmədovu vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan zərərçəkən xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
Mənbə
oxu.az