Digər
İranın region ölkələri ilə ticarət əlaqələri... - Arakçı
İranın Xarici İşlər Nazirliyi və parlamenti region ölkələri ilə ticarət əlaqələrinin asanlaşdırılması üçün əməkdaşlıq edəcək.
Axar.az xəbər verir ki, bunu İran xarici işlər naziri Abbas Arakçı parlamentin İqtisadiyyat Komissiyası və İqtisadi Diplomatiya Komitəsinin üzvləri ilə iclasın yekunlarına dair bəyanatında qeyd edib.
"Xarici işlər naziri bu birgə görüşdə diplomatik aparatın iqtisadi diplomatiya sahəsindəki tədbirlərini və proqramlarını izah edərək, ölkənin iqtisadi hədəflərinin həyata keçirilməsi və beynəlxalq iqtisadi əlaqələrin inkişafı məqsədilə XİN-in parlamentlə yaxından əməkdaşlıq etməyə hazır olduğunu vurğulayıb", - məlumatda qeyd olunub.
Mənbə
axar.az