Digər
Ukraynalı müğənni Moskvadakı villasını 12 milyona satdı - Foto
Ukraynalı məşhur müğənni Svetlana Loboda Moskva vilayətindəki elit villasını 12 milyon dollara satıb.
Axar.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Məlumata görə, “Knyaje Ozero” qəsəbəsində yerləşən 1200 kvadratmetrlik villa 2023-cü ildən satışa çıxarılsa da, satılmamışdı. Villa satışa çıxarılmamışdan əvvəl kirayəyə verilmişdi.
Bu ilin may ayında villa adı açıqlanmayan rusiyalı biznesmen tərəfindən 12 milyon dollara alınıb.
Mənbə
axar.az