Cozef Aundan ABŞ-İran razılaşmasına reaksiya
Vaşinqton və Tehran arasında Yaxın Şərq müharibəsinə son qoymaq üçün əldə ediləcək razılaşmanın İsrail ilə Hizbullah arasındakı münaqişəyə qəti son qoyacağına ümid edirəm.
Axar.az xəbər verir ki, bunu Livan Prezidenti Cozef Aun deyib.
“Livanın təhlükəsizliyinin regionda sabitliyin möhkəmləndirilməsi üzrə istənilən səylərin ayrılmaz hissəsi olmağını yüksək qiymətləndirirəm. Livan xalqı ümid edir ki, bu razılaşmalar zorakılığa qəti son qoyacaq. Həmçinin sabitlik, təhlükəsizlik, bərpa və yenidənqurma mərhələsinin başlanğıcını qoyacaq praktiki addımlara çevriləcək”, - o bildirib.
Qeyd edək ki, Pakistan Baş naziri Şahbaz Şərif İranla ABŞ arasında razılaşmanın əldə edildiyini və sazişin 19 iyunda İsveçrədə imzalanacağını bəyan edib.