Digər
Hörmüzdən neft daşıyan gəmilərin hərəkəti bərpa olundu
Hörmüz boğazından neft daşıyan gəmilərin hərəkəti bərpa olunub.
Axar.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Trampın "Truth Social" hesabında paylaşım edib.
“Gəmilər neftlə yüklənmiş şəkildə Hörmüz boğazından hərəkət etməyə başlayır. Onlar tamamilə təhlükəsiz, etibarlı Cənub marşrutu ilə hərəkət edirlər", - paylaşımda bildirilib.
Qeyd olunub ki, hərəkət üçün digər marşrutlar da var.
Mənbə
axar.az