Siyasət
Milli Qurtuluşa gedən yol - VİDEO
"Bu gün Azərbaycan xalqı Milli Qurtuluş Gününü qeyd edir. Düz 33 il əvvəl ölkə böhranlı vəziyyətdə, parçalanmaq təhlükəsi qarşısında idi". Oxu.Az xəbər verir ki, bu barədə "Caliber"in "YouTube" kanalında yayımlanan süjetində bəhs olunur. Qeyd olunub ki, sözügedən dövrdə vəziyyətin çıxılmaz olduğunu görən Azərbaycan vətəndaşları ölkəyə Heydər Əliyevin rəhbərlik etməsini tələb ediblər. Xalqın bu çağırışına cavab verən ümummilli lider Naxçıvandan Bakıya gəlib və Azərbaycan Ali Sovetinin sədri seçilib. 1993-cü ilin payızında isə ümumxalq səsverməsinin nəticələrinə əsasən Azərbaycan Respublikasının Prezidenti olub. "Məhz bu andan etibarən Azərbaycan tarixinin axarı kəskin şəkildə dəyişdi: tənəzzül və müstəqilliyi itirmək təhlükəsindən inkişafa, dövlətçiliyin möhkəmləndirilməsinə və Cənubi Qafqazda əsas aktora çevrilməyə doğru istiqamət götürüldü", - deyə videomaterialda qeyd olunub. Daha ətraflı videoda:
Mənbə
oxu.az