Siyasət

Türkmənistan prezidentinin Azərbaycana səfəri nəzərdə tutulur

15 Jun 2026, 10:01 2 baxış
Türkmənistan prezidentinin Azərbaycana səfəri nəzərdə tutulur
"Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana səfəri nəzərdə tutulur". Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Türkmənistanın ölkəmizdəki səfiri Qurbanməmmet Elyasov "Qlobal təhlükəsizliyə regional töhfə: Cənubi Qafqazda sülh quruculuğu" mövzusunda beynəlxalq konfrans çərçivəsində keçirilən "Sülh quruculuğu mexanizmləri: qlobal çağırışlar fonunda partiya diplomatiyası" adlı panel sessiyada səsləndirib. O bildirib ki, səfər çərçivəsində bir sıra sənədlərin imzalanması gözlənilir. Bu sənədlər iki ölkə arasında əməkdaşlığın daha da genişlənməsinə və ikitərəfli münasibətlərin inkişafına mühüm töhfə verəcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər