Maraqlı

Psixoloq iş yerində dedi-qodu yayan həmkarlarla mübarizə aparmağın yollarını sadalayıb

15 Jun 2026, 06:30 2 baxış
Psixoloq iş yerində dedi-qodu yayan həmkarlarla mübarizə aparmağın yollarını sadalayıb
"Əgər iş yerində həmkarlarınız sizin haqqınızda dedi-qodu yayırsa, ən yaxşı çıxış yolu buna reaksiya verməmək və yayılan məlumatları təkzib etməyə çalışmamaqdır". Oxu.Az xəbər verir ki, bunu Gazeta.ru-ya rusiyalı psixoloq Leonid Nerovnı bildirib. Onun sözlərinə görə, dedi-qodu dedikdə kollektiv daxilində və tanışlar arasında bir şəxs haqqında, adətən onun nüfuzuna xələl gətirə biləcək xarakter daşıyan şəxsi məlumatların yayılması nəzərdə tutulur. "Əgər dedi-qodunun qurbanına çevrilmisinizsə, özünüzə bəraət qazandırmağa çalışmayın. Bu, yalnız dedi-qodu yayanları daha da həvəsləndirəcək. Əgər söhbət həmkarınız haqqında gedirsə, belə müzakirələri dəstəkləməyin və ən əsası, eşitdiklərinizi başqalarına ötürməyin. Dedi-qodunun iştirakçısına çevrilməyin", - deyə o bildirib. Mütəxəssis dedi-qodu mənbəyinin etibarını sarsıtmağın mümkün olduğunu da qeyd edib. Bunun üçün həmin şəxsə qəsdən yanlış məlumat verməyi və sonradan onu təkzib etməyi məsləhət görüb. "Fərz edək ki, həmkarınız sizinlə "səmimi söhbət" zamanı hansısa şəxsin haqqınızda xoşagəlməz sözlər dediyini bildirir. Onu dinləyin, bir qədər fasilə verin və belə cavab verin: "Əgər o, mənim haqqımda belə danışırsa, görəsən sənin haqqında nə deyir?" Bununla siz göstərmiş olursunuz ki, dedi-qodu yayan şəxs özü də müzakirə obyektinə çevrilə bilər. Əgər dedi-qodu sizin haqqınızda deyilsə, lakin mənbənin kim olduğunu bilirsinizsə, ona bilərəkdən yalan məlumat verin. Qoy həmin məlumatı başqalarına ötürsün, siz isə münasib vaxtda bunu açıq şəkildə təkzib edin", - deyə Nerovnı izah edib. Psixoloqun sözlərinə görə, təşkilatda çoxlu şayiələrin dolaşması rəhbərliklə əməkdaşlar arasında kommunikasiya problemlərinin mövcudluğundan xəbər verir.
Mənbə oxu.az

Oxşar Xəbərlər