Kriminal
Şüvəlanda it iki nəfərə hücum etdi - VİDEO
Qonşunun iti ev sahibinə hücum edərək xəsarət yetirib. Oxu.Az "Xəzər" TV-yə istinadən xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonunun Şüvəlan qəsəbəsində baş verib.
Xəsarət alan Eldar Hüseynovun sözlərinə görə, bir neçə gün əvvəl giriş qapısı açıq qaldığından qonşuluqdakı it həyətə daxil olub. Heyvan əvvəlcə onun həyat yoldaşına hücum edib. Eldar Hüseynovun müdaxiləsi zamanı isə it ona hücum edərək müxtəlif bədən xəsarətləri yetirib. İtlə bir neçə dəqiqə mübarizə aparan E.Hüseynov qol nahiyəsindən müxtəlif dərəcəli xəsarətlər alıb. Zərərçəkən bildirir ki, hadisə baş verəndən sonra itin sahibi ilə əlaqə saxlamağa çalışsalar da, bu, mümkün olmayıb.

Mənbə
oxu.az