Kriminal
Binə qəsəbəsində yanğın olub
Bakının Xəzər rayonu, Binə qəsəbəsində açıq ərazidə yanğın baş verib. xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində qamışlıq sahədə baş verən alovun genişlənməsinə, o cümlədən ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb. Hadisə nəticəsində açıq ərazidə 700 kvadratmetr sahədə qamışlıq və kol-kos yanıb. Ətraf ərazilər və kommunikasiya xətləri yanğından mühafizə olunub.
Mənbə
oxu.az