Kriminal

Ağdamda qazılan məzarda döyüş sursatı tapıldı

14 Jun 2026, 01:00 2 baxış
Ağdamda qazılan məzarda döyüş sursatı tapıldı

Ağdam rayonunda qəbiristanlıqda məzar yeri qazılan zaman döyüş sursatı aşkarlanıb.


Axar.az-ın Teleqraf-a istinadən xəbərinə görə, hadisə rayonun Qərvənd kənd qəbiristanlığında baş verib. Kənd sakinlərindən birinin dəfni üçün qazılan qəbirdən mərmi tapılıb. Əraziyə dərhal müvafiq qurumların əməkdaşları cəlb olunub.


Aşkarlanan sursat Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşları tərəfindən təhlükəsiz şəkildə ərazidən götürülüb.


Məlumata görə, tapılan sursat 120 millimetrlik minaatan mərmisidir. Bildirilir ki, mərmi Birinci Qarabağ müharibəsi dövründə istifadə olunan döyüş sursatlarındandır.


Fakt bir daha göstərir ki, müharibənin izləri bölgədə hələ də qalmaqdadır və torpaq işləri aparılarkən təhlükəsizlik qaydalarına ciddi əməl olunmalıdır.

Mənbə axar.az

Oxşar Xəbərlər