Kriminal

Kürdəmirdə minik avtomobili ilə yük maşını toqquşub, xəsarət alan var

13 Jun 2026, 19:48 2 baxış
Kürdəmirdə minik avtomobili ilə yük maşını toqquşub, xəsarət alan var
Kürdəmir rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Baş Dövlət Yol Polisi İdarəsindən Oxu.Az-a verilən məlumata görə, qəza saat 15:30-da Bakı-Qazaxı yolunun 179-cu kilometrində qeydə alınıb. Belə ki, Rəvan Əhməd oğlu Məmmədovun idarə etdiyi 90-NF-858 dövlət qeydiyyat nişanlı "Mercedes Ateco" markalı yük avtomobili ilə Pərvin Qalib oğlu Məmmədovun idarə etdiyi 77-QB-543 dövlət qeydiyyat nişanlı "Ford Fusion" markalı minik avtomobili toqquşub. Qəza nəticəsində "Ford Fusion"un sərnişini Bayram Qalib oğlu Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Faktla bağlı araşdırma aparılır.
Mənbə oxu.az

Oxşar Xəbərlər