Kriminal

Ağdamda avtomobil çaya aşıb - VİDEO

12 Jun 2026, 20:06 1 baxış
Ağdamda avtomobil çaya aşıb - VİDEO
Ağdam rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az xəbər verir ki, hadisə rayonun İmamqulubəyli kəndi ərazisindən keçən Xaçınçay çayında qeydə alınıb. İlkin məlumata görə, minik avtomobili idarəetmədən çıxaraq çaya aşıb.
Hadisə yerinə dərhal aidiyyəti qurumların əməkdaşları cəlb olunublar. Avtomobilin çaydan çıxarılması istiqamətində tədbirlər görülüb. Məlumata əsasən, hadisə nəticəsində xəsarət alan olmayıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər