Kriminal
Kürdəmirdə 28 yaşlı gənc kanalda boğularaq öldü
Kürdəmirdə 28 yaşlı gənc kanalda boğularaq ölüb.
Bu barədə Axar.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, hadisə Şirvan suvarma kanalının Kürdəmir rayonunun Ərəb Qubalı kəndindən keçən hissəsində qeydə alınıb.
FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları 1998-ci il təvəllüdlü Emil Həsənovun meyitini sudan çıxararaq aidiyyəti üzrə təhvil verib.
Faktla bağlı araşdırma aparılır.
Mənbə
axar.az