Kriminal

Göyçayda avtoxuliqanlıq edən sürücülər həbs olunublar - VİDEO

12 Jun 2026, 16:36 8 baxış
Göyçayda avtoxuliqanlıq edən sürücülər həbs olunublar - VİDEO
Göyçay Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdikləri profilaktik tədbirlər zamanı avtoxuliqanlıq edən sürücülər Nihat Rəhimli, Cavidan Sədiyev və Cahid Məmmədov saxlanılıblar. Oxu.Az-ın məlumatına görə, onlar idarə etdikləri avtomobillərlə yol hərəkəti qaydalarını davamlı olaraq kobud şəkildə pozublar. Sürücülər barəsində protokollar tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə həmin şəxslərin sürücülük hüququ məhdudaşdırılmaqla inzibati qaydada həbs olunublar.
Mənbə oxu.az

Oxşar Xəbərlər