Cəmiyyət
Azərbaycanın keçmiş səfiri vəfat edib
Azərbaycanın Gürcüstandakı keçmiş fövqəladə və səlahiyyətli səfiri Dursun Həsənov vəfat edib. Oxu.Az bu barədə Aktual.ge-yə istinadən xəbər verir. Məlumata görə, o, Bakıdakı evində dünyasını dəyişib. Mərhum iyunun 13-də Bakı şəhərində dəfn olunacaq. Qeyd edək ki, Dursun Həsənov əslən Marneuli rayonunun Algeti kəndindəndir. O, 2017-2020-ci illərdə Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb.
Mənbə
oxu.az