Cəmiyyət
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq
Bakı və Lənkəranın bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq. Oxu.Az xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. İyunun 12-də Yasamal və Nizami rayon enerji təchizatı və satışı idarələrinin ərazisindəki transformator məntəqələrində təmir-təftiş işləri həyata keçiriləcək. Bununla əlaqədar aşağıdakı ünvanlarda elektrik enerjisinin verilişində məhdudiyyətlər olacaq: Bakı şəhəri üzrə: Saat 10:00-dan 13:00-dək: Yasamal rayonu (Tağı Şahbazi, Azad Mirzəyev, Abdulla Şaiq küçələri) və Nizami rayonu (Məmmədəli Şərifli və Şirin Mirzəyev küçələrinin bir hissəsi). Saat 09:00-dan 12:00-dək: Zirə Enerji Təchizatı və Satışı İdarəsinin ərazisində görüləcək iməclik işləri ilə əlaqədar Qala qəsəbəsi yaxınlığında yerləşən Xaşaxuna bağları yaşayış massivinin bəzi hissələri. Lənkəran rayonu üzrə: Lənkəran Elektrik Şəbəkəsinə daxil olan 10 kV-luq hava xətlərində aparılacaq təmir işləri səbəbindən elektrik enerjisinin verilişi müvəqqəti olaraq dayandırılacaq: Saat 10:00-dan 13:00-dək: Sütəmurdov, Velədi, Viyən kəndləri, Aşağı Nüvədi və Gərmətük qəsəbələri. Saat 14:00-dan 16:30-dək: Şəhər ərazisində Şirəli Axundov, Cavanşir, Fikrət Məmmədov, Müzəffər Nəsirli küçələri, həmçinin Səpinəkəran və Şürük kəndləri. Təmir-bərpa işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin ediləcək.
Mənbə
oxu.az