Cəmiyyət

Yasamalda zibil konteynerləri avtobus zolağına düzülüb - VİDEO

11 Jun 2026, 18:36 21 baxış
Yasamalda zibil konteynerləri avtobus zolağına düzülüb - VİDEO
Bakının Yasamal rayonunda zibil konteynerlərinin avtobus zolağının kənarında yerləşdirilməsi sürücülərin narazılığına səbəb olub. Oxu.Az xəbər verir ki, bununla bağlı videogörüntülər sosial şəbəkələrdə yayılıb.
Bildirilib ki, A.M.Şərifzadə küçəsində zibil konteynerlərinin avtobus zolağının kənarına düzülməsi ictimai nəqliyyatın hərəkətinə maneə, sürücülər üçün əlavə təhlükə yaradır.

Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq Yasamal Rayon Mənzil Kommunal Təsərrüfat Birliyindən bildirilib ki, konteynerlərin yerinin dəyişdirilməsi nəzərdə tutulmur: "Sözügedən konteynerlər həmin əraziyə uzun illər əvvəl yerləşdirilib. Sonradan isə küçədə yolun hərəkət hissəsi genişləndirilib və nəticədə konteynerlər hazırkı mövqedə qalıb".
Yasamalda zibil konteynerləri avtobus zolağına düzülüb - VİDEO Yasamalda zibil konteynerləri avtobus zolağına düzülüb - VİDEO Yasamalda zibil konteynerləri avtobus zolağına düzülüb - VİDEO Yasamalda zibil konteynerləri avtobus zolağına düzülüb - VİDEO
Mənbə oxu.az

Oxşar Xəbərlər