Siyasət
DİM ixtisar olunan dövlət qulluqçularının analoji vəzifələrə təyinatı üçün tədbirlər görəcək - FƏRMAN
Dövlət İmtahan Mərkəzi ştatları ixtisar olunan dövlət qulluqçularının analoji dövlət qulluğu vəzifələrinə təyin edilmələri ilə bağlı öz fəaliyyət istiqamətlərinə uyğun olaraq tədbirlər görəcək. Oxu.Az President.az-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb. Eyni zamanda, Maliyyə Nazirliyinə "Dövlət maliyyəsinin səmərəli idarə edilməsinin təşkili ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 25 avqust tarixli 489 nömrəli Fərmanının 3.7-ci bəndinə uyğun olaraq, bu Fərmana əsasən yaradılması nəzərdə tutulan yeni qurumların strukturunun, ştat vahidlərinin və əməkhaqqı sistemlərinin maliyyə ekspertizasının həyata keçirilməsi və onların optimallaşdırılması üçün tədbirlər görülməsi tapşırılıb.
Mənbə
oxu.az
Oxşar Xəbərlər