Siyasət

İlham Əliyev portuqaliyalı həmkarını təbrik etdi

10 Jun 2026, 11:58 4 baxış
İlham Əliyev portuqaliyalı həmkarını təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev portuqaliyalı həmkarı Antoniu Joze Sequrunu təbrik edib.


Axar.az təbrikin mətnini təqdim edir:


"Portuqaliya Respublikasının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımı çatdırıram.


İnanıram ki, qarşılıqlı hörmət üzərində qurulmuş Azərbaycan-Portuqaliya əlaqələrinin inkişafı və əməkdaşlığımızın möhkəmləndirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da davam etdirəcəyik.


Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Portuqaliya xalqına daim rifah və firavanlıq diləyirəm".

Mənbə axar.az

Oxşar Xəbərlər