Maraqlı

İnsan ömrünü hansı məşqlərlə uzatmaq olar?

10 Jun 2026, 06:44 4 baxış
İnsan ömrünü hansı məşqlərlə uzatmaq olar?
Harvard alimləri Braziliya, Çili və Cənubi Koreyadan olan həmkarları ilə birlikdə ömrü uzadan fiziki məşq növünü açıqlayıblar. Oxu.Az xəbər verir ki, bu barədə "Vietnam.vn" məlumat yayıb. Alimlər müəyyən ediblər ki, 30 illik genişmiqyaslı tədqiqatın nəticələrinə görə, həyatı uzatmaq üçün ən yaxşı üsul gəzinti deyil, məhz güc məşqləridir. Mütəxəssislər orta yaşı 54 olan 147 374 nəfərin məlumatlarını təhlil ediblər. İştirakçılar hər iki ildən bir güc məşqlərinə və kardio məşqlərinə sərf etdikləri vaxt barədə məlumat veriblər. Məlum olub ki, həftədə cəmi 90-120 dəqiqə, yəni gündə təxminən 17 dəqiqə güc məşqi erkən ölüm riskini 13 faiz, ürək-damar xəstəliklərindən ölüm riskini 19 faiz, sinir sistemi xəstəliklərindən ölüm riskini isə 27 faiz azaldır. Hətta gündə 10 dəqiqə məşq belə xərçəng riskini 12 faiz azaltmaq üçün kifayətdir.
Mənbə oxu.az

Oxşar Xəbərlər