Kriminal
Ağcabədi sakini zəhərlənib öldü - Səhvən nə içib?
Ağcabədi rayonunda 60 yaşlı kişi zəhərlənərək ölüb. Oxu.Az-ın məlumatına görə, hadisə iyunun 8-də şəhər ərazisində qeydə alınıb. Rayon sakini - 1966-cı il təvəllüdlü Sərxan Savalan oğlu Şirinov evində səhvən kimyəvi məhlul içib. O, xəstəxanaya çatdırılsa da, orada ölüb. Məlumata görə, S.Şirinov ruhi əsəb xəstəsi olub. Faktla bağlı araşdırma aparılır.
Mənbə
oxu.az