Kriminal

İrandan Azərbaycana 32 kq narkotik keçirilməsinin qarşısı alındı - FOTO

09 Jun 2026, 12:20 1 baxış
İrandan Azərbaycana 32 kq narkotik keçirilməsinin qarşısı alındı - FOTO
İrandan Azərbaycana 32 kq-dan artıq narkotikin gətirilməsi planı ifşa edilib. Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb. Bildirilib ki, Sərhəd Qoşunları Komandanlığının "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 32 kiloqram 365 qram narkotik vasitə (27 kiloqram 65 qram marixuana, 5 kiloqram 300 qram heroin) və 7 200 ədəd psixotrop tərkibli Metadon M-40 həbinin İrandan ölkəmizə keçirilməsinin qarşısı alınıb. Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
İrandan Azərbaycana 32 kq narkotik keçirilməsinin qarşısı alındı - FOTO İrandan Azərbaycana 32 kq narkotik keçirilməsinin qarşısı alındı - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər