Kriminal

Bərdədə AĞIR QƏZA: Hərbçi öldü

09 Jun 2026, 10:14 3 baxış
Bərdədə AĞIR QƏZA: Hərbçi öldü
Bərdə rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az-ın məlumatına görə, hadisə bu gün səhər saatlarında rayonunun Soğanverdilər kəndi ərazisində qeydə alınıb. Kənd ərazisində hərəkətdə olan "Toyota-Prius" markalı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxaraq yol kənarındakı maneəyə çırpılıb. Hadisə nəticəsində avtomobildə olan sərnişin, Ağdam rayon sakini Orxan Əliyev aldığı xəsarətlərdən ölüb, sürücü və daha bir sərnişin xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Məlumata görə, hadisə zamanı həlak olan Orxan Əliyev hərbi qulluqçu olub. Faktla bağlı araşdırma aparılır.
Mənbə oxu.az

Oxşar Xəbərlər