Digər
ABŞ-a məxsus “Apaçi” Hörmüzdə qəzaya uğradı
ABŞ-ın “AH-64 Apaçi" zərbə helikopteri Hörmüz boğazı yaxınlığında qəzaya uğrayıb.
Axar.az xəbər verir ki, bu barədə "Nyu York Tayms" (NYT) qəzeti mənbələrinə istinadla məlumat yayıb.
Bildirilib ki, heyətin hər iki üzvü xilas edilib.
Helikopterin İran tərəfindən vurulduğu, texniki nasazlıq yaşadığı və ya başqa problemlə üzləşdiyi istisna edilmir.
Mənbə
axar.az