Digər

Fələstin torpaqları bu ölkələrə verilə bilər - Zaxarova

09 Jun 2026, 08:00 38 baxış
Fələstin torpaqları bu ölkələrə verilə bilər - Zaxarova

Qərb strukturları Fələstin torpaqlarının ərəb dövlətləri ilə assosiasiyası ilə bağlı şübhəli planlar irəli sürür və bu, neokolonializm siyasətinin davamı kimi qiymətləndirilə bilər.


Axar.az xəbər verir ki, bunu Rusiya XİN rəsmisi Mariya Zaxarova bildirib.


“Diqqət yetirdik ki, son vaxtlar Qərb hökumət strukturları tərəfindən maliyyələşdirilən bir sıra analitik mərkəzlər xətti ilə Fələstinin gələcəyi ilə bağlı müxtəlif “alternativ sxemlər” yenidən təşviq olunur. Xüsusilə, bu qurumlar Fələstin ərazilərinin qonşu ərəb dövlətləri ilə assosiasiyasını nəzərdə tutan şübhəli variantları yenidən gündəmə gətirirlər”, - XİN rəsmisi vurğulayıb.

Mənbə axar.az

Oxşar Xəbərlər