Maraqlı

Həyatını "2D" obrazla birləşdirdi: Fransalı qadının qeyri-adi toyu

09 Jun 2026, 07:00 2 baxış
Həyatını "2D" obrazla birləşdirdi: Fransalı qadının qeyri-adi toyu
Fransalı Lyusi Nanami adlı qadın uydurma manqa personajı ilə evlənib. Oxu.Az xəbər verir ki, bu barədə "Daily Star" qəzeti məlumat yayıb. Yaponiyada keçirilən və minlərlə dollara başa gələn toy mərasimindən sonra qadın sosial şəbəkələrdə kəskin tənqidlərlə üzləşib. Qadın bildirib ki, manqa personajına qarşı sevgi hissi onda 2021-ci ildə izlədiyi animedən sonra yaranıb. O, personajın özünəinamlı xarakterindən dərindən təsirləndiyini qeyd edib. 2024-cü ildə iş vizası ilə Tokioya köçən Lyusi, 2025-ci ilin avqustunda xəyali personajla nişanlandığını bəyan edib. Bundan sonra "2D" formatında toylar təşkil edən "Sun Euro" şirkəti onunla əlaqə saxlayıb və dörd ay sonra toy mərasimi baş tutub. Mərasim zamanı gəlin və manqa qəhrəmanının oyuncaq nüsxəsi xüsusi sifarişlə tikilmiş geyimlərdə olublar. Toydan çəkilmiş kadrlar internetdə yayıldıqdan sonra milyonlarla baxış toplayıb. Bununla yanaşı, Lyusi Nanaminin ünvanına çoxsaylı təhqirlər yazılıb. "İnsanlar məni ağlımı itirməkdə günahlandırırlar. Biz heç kimə zərər vermirik. Niyə mənə xoşbəxtlik gətirən bir şeyi edə bilmərəm?" - deyə o, tənqidçilərə cavab verib.
Mənbə oxu.az

Oxşar Xəbərlər